Məzmuna keç
Bamar

Suallar

Tez-tez verilən suallar

Cavab tapmadınızsa, bizə yazın.

Ümumi

Bamar nədir və kimlər üçündür?

Bamar diş həkimləri və kiçik stomatoloji klinikalar üçün qəbul, pasiyent qeydiyyatı, müalicə planı və maliyyə idarəetmə proqramıdır.

Proqram hansı dildədir?

Bütün interfeys və pasiyentlərə göndərilən SMS-lər Azərbaycan dilindədir. Məbləğlər manatla, telefon nömrələri +994 formatında işlənir.

Hesabı necə açıram?

app.bamar.az/register səhifəsində ad, e-poçt, telefon və klinika məlumatlarını daxil edərək qeydiyyatdan keçirsiniz. Sınaq dövrü qeydiyyatdan dərhal sonra başlayır.

Bir hesabdan hansı cihazlarda istifadə edə bilərəm?

Eyni hesabla Android tətbiqində, brauzerdə (veb versiya) və iOS çıxanda iPhone-da daxil ola bilərsiniz. Məlumatlar hamısında eynidir.

Köhnə pasiyent siyahımı necə köçürürəm?

Pasiyentləri tətbiqdə əlavə edirsiniz (ad, telefon, doğum tarixi və s.). Köçürmə ilə bağlı xüsusi sualınız varsa, dəstək komandasına yazın.

Qiymət və ödəniş

Pulsuz sınaq necə işləyir?

Qeydiyyatdan keçən kimi 14 günlük sınaq başlayır. Sınaq dövründə SMS göndərişinə limit tətbiq olunur. Yalnız sınaq müddətində olan ayda abunəlik haqqı tutulmur.

Qiymət nə qədərdir?

Aylıq abunəlik 30 AZN-dir. Bundan əlavə hər göndərilən SMS 0.10 AZN-dir.

Aylıq hesab necə hesablanır?

Hər ay üçün aylıq hesab (statement) yaradılır: abunəlik haqqı + göndərilən SMS sayı × bir SMS-in qiyməti. Cari ayın hesabını Ayarlar → Abunəlik bölməsində görə bilərsiniz; ay bitəndə hesab bağlanır.

SMS göndərməsəm, nə ödəyirəm?

Yalnız aylıq abunəlik haqqını. SMS haqqı yalnız göndərilən mesajlara görə hesablanır.

Abunəliyin bitmə tarixini harada görürəm?

Ayarlar → Abunəlik bölməsində hesab statusu, plan və bitmə tarixi göstərilir.

SMS

SMS xatırlatmalar necə işləyir?

Görüş yaradılanda pasiyentə xatırlatma SMS-i planlanır (məsələn, 1 gün əvvəl). Görüşün vaxtı dəyişəndə və ya görüş ləğv olunanda pasiyent də SMS ilə məlumatlandırılır; bu bildirişlər ayarlardan söndürülə bilər.

SMS mətnini dəyişə bilərəmmi?

Xeyr. Üç sabit mətn var: xatırlatma, vaxt dəyişikliyi və ləğv. Yalnız ad, klinika adı, tarix, saat və əlaqə nömrəsi əvəz olunur. Mətnlərin nümunəsini Ayarlarda görə bilərsiniz.

SMS-də pasiyentin məlumatı necə göstərilir?

Pasiyentin soyadı yazılmır, yalnız baş hərfi (məsələn, “Aysel M.”). SMS-ə diaqnoz, müalicə və ödəniş məlumatı daxil edilmir.

Pasiyentin telefon nömrəsi yoxdursa?

Belə pasiyent üçün SMS göndərilmir, qalan funksiyalar işləməyə davam edir.

Konkret pasiyentə SMS göndərilməsin deyə bilərəmmi?

Bəli. Pasiyent kartında “SMS göndərilməsin” seçimi var; həmçinin hər görüş üçün SMS-i ayrıca söndürə bilərsiniz.

Gecə SMS gedirmi?

Xeyr. Sakit saatlar (standart 21:00–09:00) ayarlanır; bu aralıqda SMS göndərilmir, mesajlar aralığın sonunda göndərilir.

Təhlükəsizlik və məxfilik

Məlumatlarım necə qorunur?

Məlumatlar HTTPS vasitəsilə ötürülür. Hər həkimin məlumatları ayrıca iş sahəsində saxlanılır və digər istifadəçilər üçün əlçatan deyil. Şifrə yalnız şifrələnmiş (hash) formada saxlanılır.

Məlumatlarım üçüncü tərəflərlə paylaşılırmı?

Gizlilik siyasətinə görə məlumatlar reklam, izləmə və ya satış məqsədilə istifadə edilmir və üçüncü tərəflərlə paylaşılmır; tətbiqdə reklam və ya izləmə SDK-ları yoxdur. SMS-lər göndərilmək üçün SMS provayderinə ötürülür.

Hesabımı və məlumatlarımı silə bilərəmmi?

Bəli. Ayarlar bölməsindən “Hesabı sil” seçimi ilə hesabınızı silə bilərsiniz; bu zaman iş sahənizə aid pasiyent məlumatları, qeydlər və fayllar silinir. Əməliyyat geri qaytarılmır.

Pasiyent məlumatları üçün kim məsuliyyət daşıyır?

Pasiyent məlumatlarını daxil edən həkim və ya klinika həmin məlumatlara görə məsul tərəfdir və toplanması üçün lazımi razılığı almalıdır. Ətraflı: gizlilik siyasəti.

Mobil tətbiq

Tətbiqi haradan yükləyim?

Android üçün APK faylı Yüklə səhifəsindən yüklənir. App Store versiyası tezliklə. Quraşdırma istəmirsinizsə, app.bamar.az ünvanında veb versiyanı açın.

APK-nı necə quraşdırıram?

Faylı yükləyin, telefon xəbərdarlıq verərsə “Bu mənbədən quraşdırmağa icazə ver” seçimini açın, sonra faylı açıb “Quraşdır” düyməsinə basın.

Kamera ilə şəkil çəkib karta əlavə edə bilərəmmi?

Bəli. Mobil tətbiqdə pasiyentin kartında şəkli birbaşa kamera ilə çəkə və ya qalereyadan seçə bilərsiniz.

Mobil tətbiq və veb eyni məlumatla işləyirmi?

Bəli. İkisi də eyni hesaba qoşulur; birində etdiyiniz dəyişiklik digərində görünür.

Sualınıza cavab tapmadınız? Bizə yazın.