Funksiya
Qəbul təqvimi
Klinikanın qəbul cədvəli bir ekranda: kim, nə vaxt və hansı prosedur üçün gəlir. Rəngli görüşlər, sürüşdürmə və qonaq qəbulu gündəlik planlaşdırmanı sadələşdirir.

Gün, həftə, ay və siyahı görünüşləri
İşinizə uyğun görünüşü seçin və tarix seçici ilə istənilən günə keçin.
- Gün: bütün görüşlər saat-saat, bir baxışda
- Həftə: günlər yan-yana, indiki vaxtı göstərən xətt ilə
- Ay: hər günün görüşləri və “+ daha” göstəricisi
- Siyahı: görüşlər ardıcıl siyahı şəklində


Sürüşdürərək vaxtı dəyişin
Görüşü təqvimdə tutub başqa saata və ya günə keçirin. Bu, həm veb versiyada, həm də mobil tətbiqdə işləyir. Vaxt dəyişəndə pasiyentə bildiriş SMS-i göndərilməsini ayarlardan aça bilərsiniz.
Aysel M.
Müayinə
Rəşad Ə.
Kanal
Nigar H.
Təmizlik
Leyla Ə.
İmplant
Orxan B.
Plomb
Səbinə M.
Protez
Tural Q.
Plomb
Rəng və qeyd
Hər görüşə rəng və qısa qeyd əlavə edin ki, təqvimdə hansı işin nə olduğu dərhal görünsün.
- Hazır rəng palitrası və öz rənginizi seçmək
- Görüş haqqında qeyd (istəyə bağlı)
- Başlama və bitmə vaxtı, standart görüş müddəti ayarlardan gəlir

Qonaq qəbulu
Pasiyent kartı açmadan görüş yazın: yalnız ad və telefon yetərlidir. Sonradan həmin şəxsi pasiyentə çevirə bilərsiniz.
- Telefon daxil ediləndə pasiyentin alacağı SMS-in nümunəsi görünür (mobil tətbiqdə)
- Qonaq görüşü təqvimdə ayrıca işarələnir

Görüşün statusu
Görüşdən sonra bir toxunuşla nəticəni qeyd edin.
- Tamamlandı
- Gəlmədi
- Ləğv et
- Bu günün görüşləri ana səhifədə statusu ilə birlikdə görünür

Kimə faydalıdır?
- Gündəlik qəbulları dəftərdə və ya mesajlarda izləyən həkimlər
- Qəbula gəlməyən pasiyentlərə görə vaxt itirmək istəməyənlər
- Cədvəli telefonda da yoxlamaq istəyənlər
Bu gündən klinikanızı Bamar ilə idarə edin.
14 gün pulsuz sınayın. Veb, Android və tezliklə iOS.



